BAKI, 30 may — Sputnik. Rusiyanın Mərkəzi Bankı dünən iki bankın – Moskvanın "Ayvi Bank"ı və Pertazavodun "RİTS BANK"ı, həmçinin bir bank olmayan kredit təşkilatının (BOKT) lisenziyasını ləğv edib. Fins.az Rusiya tənzimləyicisinə istinadən xəbər verir ki, "Ayvi Bank"ın səhmdarlarından biri prezident Vladimir Putinin internet üzrə müşaviri German Klimenkodur. Bundan başqa "Rosneftin" prezidenti İqor Seçinin eks-müşaviri, Birləşmiş Gəmiqayırma Korporasiyasının sabiq prezidenti Roman Trosenko və ölkənin birinci kanalı olan "Perviy" TV-kanalın ictimai-siyasi yayım üzrə direktor müavini Oleq Volnov səhmdarlar siyahısındadır.
Mərkəzi Bank dəfələrlə bu banka əmanətləri cəlb etməyi qadağan edib, rəhbərlik və sahibkarların tədbirləri kredit təşkilatının fəaliyyətinin normallaşması üçün atdığı addımlar səmərəsiz hesab edilib. "Ayvi Bank" aktivlərin həcminə görə Rusiyanın bank sistemində 1 may hesabatına görə 432-ci yer tuturdu.
"Rits Bank" Rusiyanın bank sistemində 555-ci yer tuturdu və dövlət əmanətlərin sığortalanması sisteminin iştirakçısı deyildi. Banka müvəqqəti rəhbərlik təyin edilib.
Bundan əlavə, Mərkəzi Bankın sərəncamı ilə "İR-Kredit" adlı BOKT-un lisenziyası ləğv edilib. Aktivlərin həcminə görə o Rusiyanın bank sistemində 560-ci yer tuturdu.