BAKI, 29 may — Sputnik. Bazar ertəsi Moskvada 6 nəfər qasırğa nəticəsində həyatını itirib.
RİA Novosti xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin rəhbəri Yuliya İvanova məlumat verib.
Məlumata əsasən, Moskvanın şimal-şərqində, cənub-qərbində və şərqində qasırğa nəticəsində ağaclar yaxınlıqdan keçən sakinlərin üzərinə aşıb.
Alınan xəsarətlərdən 7 nəfər ölüb. 70-ə yaxın insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.