BAKI, 26 may — Sputnik. Estoniya hökuməti Rusiyanın Narvadakı baş konsulu Dmitri Kazennovu və konsulu Sergey Surqayevi “arzuolunmaz şəxs” elan edib.
Sputnik xəbər verir ki, bu barədə Estoniyanın Daxili İşlər Nazirliyi bəyanat yayıb.
Hökumət hər iki rus diplomata ölkəni tərk eləmələri üçün vaxt qoyub.
Estoniya dövləti bu qərarı hansı səbəbə görə verdiyini açıqlamasa da, Rusiya bunun cavabsız qalmayacağını bildirib.