BAKI, 25 may — Sputnik. “Avropa ölkələri Dağlıq Qarabağ münaqişəsi zonasında insan itkisi ilə nəticələnən silahlı insidentlərdən narahatdır”. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Yerevanda səfərdə olan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Devid Makallister bildirib.
Onun sözlərinə görə, Aİ münaqişə tərəflərini ATƏT Minsk Qrupunun təklifləri əsasında danışıqları qeyd-şərtsiz bərpa etməyə çağırıb.
“Dağlıq Qarabağdakı status-kvo qeyri-möhkəmdir. Bu münaqişənin hərbi yolla həlli yoxdur. Beynəlxalq hüququn əsasında uzunmüddətli nizamlanma gərəkdir. Aİ, tərəfləri atəşkəs rejiminə və münaqişənin dinc yolla nizamlanmasına dair öhdəliklərinə riayət etməyə çağıraraq, Minsk Qrupunun bu istiqamətdə səylərini dəstəkləyir” — deyə komitə rəhbəri qeyd edib.