BAKI, 25 may — Sputnik. Rusiyanın paytaxtı Moskvada terror törətmək istəyən 4 nəfər İŞİD üzvü həbs olunub. Onlar avtobus və metro stansiyalarında partlayışlar törətmək niyyətində olublar.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. "Tutulanlar İŞİD terror qruplaşmasının üzvləridir. Onlardan biri Rusiya, 3-ü isə Orta Asiya dövlətlərinin vətəndaşlarıdır. Axtarış tədbirləri nəticəsində onların yaşadığı mənzildən əldəqayırma bomba, odlu silah, qumbara, ekstremist və terrorçuluq yönündə ədəbiyyat, video-yazılar aşkarlanıb" — FTX-dən bildirilib.