BAKI, 24 may — Sputnik. "Biz Suriyada hansı qruplaşmalarda nə cür kimyəvi silahlar olduğunu yaxşı bilirik". Sputnik xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Federasiya şurasının yığıncağında söyləyib.
Suriyadakı son vəziyyətlə bağlı açıqlamalar verən Şoyqu, "siz haradan bilə-bilərsiniz ki, o kimyəvi silahlar sabah başqa bir ölkəyə ötürülməyəcək? Biz, Rusiya olaraq, kimyəvi silahların İŞİD və Ən-Nusrada olduğunu yaxşı bilirik" deyib.
Nazir sonda bildirib ki, kimyəvi silahdan istifadə ilə bağlı beynəlxalq səviyyədə açıq və şəffaf proses yürüdülməlidir.