BAKI, 24 may — Sputnik. Suriyada 2 rus hərbçisi həlak olub. Sputnik Azərbaycan "Qazeta"-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, ölən hərbçilərdən biri general Yevgeni Konstantinov, digəri isə polkovnik Aleksandr Skladandır. Nazirliyin bəyanatında bildirilir ki, hər iki hərbçi may ayının əvvəlində həlak olub.