Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyadan Azərbaycana yönəlik mühüm açıqlama: "Siyasi iradə..."

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidМинистерство иностранных дел России
Министерство иностранных дел России - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya XİN: "Ümumrusiya Azərbaycan Konqresinin ləğvi siyasətlə bağlı deyil"

BAKI, 21 may — Sputnik. "Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi barədə qərarın siyasətlə heç bir əlaqəsi yoxdur və bu, Moskva-Bakı münasibətlərinin inkişafına təsir etməməlidir". "Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Vasili Nebenzya deyib.

"Bu, iki ölkə arasında münasibətlərin pisləşməsinə gətirib çıxarmamalıdır", — deyə o qeyd edib.

"Məsələlər hüquqi müstəvidədir, bu yöndən də baxılmalıdır. Qərar kiminsə siyasi iradəsi ilə əlaqəli deyil, bu, bizim hüquq-mühafizə orqanlarımızın sözügedən təşkilatın qeydiyyat prosedurunu pozması ilə bağlı qərarıdır. Mən tam əminəm ki, bu hadisə bizim Azərbaycanla ikitərəfli əlaqələrimizə təsir etməməlidir", — deyə diplomat bildirib.

Xəbər lenti
0