Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Mərhum müğənninin sərvəti ilə bağlı son qərar verildi

© Sputnik / Valeriy MelnikovАктриса и певица Жанна Фриске
Актриса и певица Жанна Фриске - Sputnik Azərbaycan
Abunə olmaq
Məhkəmə onun valideynlərinin xeyriyyə təşkilatına 21,6 milyon qaytarmalı olduqları barədə hökm çıxarıb

BAKI, 20 may — Sputnik. Moskvanın Perov rayon məhkəməsi vəfat etmiş müğənni və aktrisa Janna Friskenin valideynlərinin "Rusfond" xeyriyyə təşkilatına 21,6 milyon rubl qaytarmalı olduqları barədə hökm çıxarıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, bununla da Fondun iddiası təmin olunub.

Jnna Friske 2015-ci ilin iyununda onkoloji xəstəliklə uzunmüddətli mübarizədən sonra vəfat edib. Həmin dövrdə "Rusfond"un təşəbbüsü ilə keçirilən xeyriyyə marafonunun gedişində insanlar müğənninin müalicəsi üçün böyük məbləğdə pul toplayıblar və həmin pul Friskenin valideynlərinə çatdırılıb.

Lakin sonradan məlum olub ki, həmin pulların bir hissəsi müğənninin müalicəsi üçün xərclənməyib. Belə olan halda Fond məhkəməyə müraciət edib və pulu tələb edib. Janna Friskenin ailəsi bütün iddiaları rədd edir.

Xəbər lenti
0