Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycan XİN ümidlidir

© Sputnik / Murad OrujovAzərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan XİN: Ümid edirik ki, ÜAK-ın apellyasiya müraciətinə müvafiq qaydada baxılaraq məsələ müsbət həllini tapacaq

BAKI, 19 may — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovanın Ümumrusiya Azərbaycan Konqresinin ləğvi ilə əlaqədar şərhinə münasibət bildirib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, H. Hacıyev deyib ki, Azərbaycan təbii olaraq Rusiya Federasiyasının vətəndaşları olan Ümumrusiya Azərbaycan Konqresinin üzvləri ilə əlaqə saxlayır: "Necə ki, Ermənistan hökuməti təbii olaraq Rusiya Erməni İttifaqının üzvləri ilə təmasdadır. Məndə olan məlumata görə, Rusiya Federasiyasının Ədliyyə Nazirliyi tərəfindən Ümumrusiya Azərbaycan Konqresinin nizamnaməsi ilə əlaqədar irəli sürülən irad və təkliflər nəzərə alınıb. Ümid edirik ki, məsələ üzrə apellyasiya müraciəti müvafiq qaydada baxılacaq və məsələ öz müsbət həllini tapacaq". 

Xəbər lenti
0