Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Pioner, hazır ol!

© Sputnik / Василий Малышев / Mediabanka keçidОткрытие Московского городского Дворца пионеров и школьников
Открытие Московского городского Дворца пионеров и школьников - Sputnik Azərbaycan
Abunə olmaq
95 il əvvəl uşaq kommunist təşkilatları yaradılmağa başlayıb

BAKI, 19 may — Sputnik. 1922-ci il mayın 19-da Komsomolun (Kommunist Gənclər İttifaqının) II Ümumrusiya konfransı uşaq kommunist — pioner dəstələrinin yaradılması haqqında qərar qəbul edib. 

1926-cı ildə isə bu dəstələr Lenin adına Ümumittifaq pioner təşkilatında birləşdirildi.

1930-cu illərin əvvəllərində pioner dəstələri məktəblərdə yaradılmağa başladı. Ümumittifaq pioner təşkilatı məktəb prinsipinə əsasən qurulurdu: sinif – dəstə, məktəb – pioner drujinası. Pioner dəstələrində əsasən hərbi-vətənpərvərlik işi aparılır, həmçinin siyasi dünyagörüşünün formalaşmasına ciddi fikir verilirdi.

Hər bir sovet məktəblisi pionerə keçmək üçün xüsusi imtahan verirdi. Pionerlik oktyabryat və komsomol arasında aralıq mərhələ idi. Pioner sıralarına keçdikdən sonra isə bu təşkilatın fərqləndirici döş nişanını taxır, qırmızı qalstukunu bağlayırdı. Pionerlərin devizi belə səslənirdi:

Pioner, Sovet İttifaqı Kommunist Partiyasının işi uğrunda mübarizəyə hazır ol! — Həmişə hazıram!

1991-ci ildə SSRİ süqut etdikdən sonra pioner təşkilatı da tarixə qovuşdu.

Xəbər lenti
0