Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Donald Tramp "məşhər ayağına" çəkilir

© REUTERS / Yuri GripasDonald Tramp
Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu, araşdırılması vacib qorxunc bir iddiadır. Cənab Robert Müllerin bu işi ciddi araşdıracağına əminik"

BAKI, 18 may — Sputnik. ABŞ-ın Ədliyyə Nazirliyi, Rusiyanın Amerikadakı prezident seçkilərinə müdaxiləsini araşdırmaq üçün qurulan istintaq komissiyasının başına, Federal Təhqiqatlar Bürosunun keçmiş rəhbəri Robert Mülleri təyin edib. Sputnik Azərbaycan "CNN"-ə istinadən xəbər verir ki, bu barədə ədliyyə nazirinin müavini Rod Rosenşteyn məlumat paylaşıb.

US President Donald Trump's meeting with Turkish President Recep Tayyip Erdogan in Washington on May 16, 2017 - Sputnik Azərbaycan
ABŞ və Türkiyə bu məsələlərdə razılığa gəldilər

"Əgər iddialar doğrudursa, Rusiyanın etdiyi cinayətdir. Çünki başqa dövlətin daxili işlərinə müdaxilə heç cür qəbul edilə bilməz. Təbii ki, bunlar hələlik iddiadır. Lakin araşdırılması vacib qorxunc bir iddiadır. Cənab Robert Müllerin bu işi ciddi araşdıracağına əminik" — R. Rosenşteyn bildirib.

Məsələ ilə bağlı, artıq ABŞ Konqresinin Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvü El Qrin prezident Donald Trampın impiçmentini elan etməyi təklif edib. E. Qrin bu məsələni şəxsi siyasi məqsədləri üçün qaldırmadığını da bəyan edib.

"Donald Tramp Ceyms Komini, onun Rusiya ilə əlaqələrini araşdırdığına görə işdən çıxarıb" — senator deyib.

Qeyd edək ki, Rusiyanın ABŞ-da keçən il noyabr ayında keçirilən prezident seçkisinə kiberhücumla təsir etdiyi iddia olunur. Rəsmi Kreml isə bu iddialı axmaqlıq olaraq qəbul edir.

Xəbər lenti
0