BAKI, 17 may — Sputnik. "Türkiyə ilə əlaqələrin bərpası istiqamətində bütün əngəllər bu həftə tam aradan qalxacaq". Sputnik Azərbaycan RİA-ya istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Arkadi Dvorkoviç deyib.
Rusiya Baş nazirinin müavini Arkadi Dvorkoviç
© Sputnik / Yevgeny Biyatov
/ O, Türkiyəyə qarşı tətbiq edilən sanksiyaların ləğv edilməsi ilə bağlı sənədlərin həftə sonuna qədər hazır olacağını bildirib: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla prezident Vladimir Putin arasında ötən həftə keçirilən görüş zamanı əldə edilən razılıqlar artıq sənədləşdirilib".
Xatırladaq ki, Ərdoğan-Putin görüşündə tərəflər arasında ərzaq və kənd təsərrüfatı məhsullarına, xidmət və tikinti sahələrinə dair sanksiyaların aradan qaldırılması ilə bağlı razılıq əldə olunmuşdu.