QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Politoloq: “Status-kvonun Azərbaycana heç bir faydası yoxdur”

© Sputnik / Murad OrujovЭльхан Шахиноглу, политолог, руководитель аналитического центра "Атлас"
Эльхан Шахиноглу, политолог, руководитель аналитического центра Атлас - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Elxan Şahinoğlu deyir ki, imitasiya xatirinə görüş heç kimə lazım deyil

Elxan Şahinoğlu: “Çox təəssüf ki, böyük dövlətlər işğalçıya təzyiq etmirlər”
“Diplomatiyada “danışıqlar naminə danışıqlar” mövcud deyil. Hər kəsə aydındır ki, Ermənistan öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmalıdır”. Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycana deyir ki, Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşdə də heç bir nəticə əldə olunmadı: “Heç o görüşə də getməyə ehtiyac yox idi. Əgər status-kvo uzanırsa bunun Azərbaycan heç bir faydası yoxdur. Atəşkəs də daimi olaraq pozulur”.

“Çox təəssüf  ki, böyük dövlətlər işğalçıya təzyiq etmirlər. Danışıqlarda irəliləyiş gözlənilmir. Prezidentlərin görüşü də alınmır. Çünki imitasiya xətrinə görüş heç kimə lazım deyil” – deyə o bildirib.

Xəbər lenti
0