BAKI, 16 may — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında, Azərbaycandakı rus icmasının rəhbəri, millət vəkili Mixail Zabelin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvindən narahatlığını diqqətə çatdırıb. Sputnik Azərbaycan-ın məlumatına görə, o, Azərbaycanda ruslara münasibətin yüksək olduğunu deyib.
"Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsi ilə bağlı qərar bizi narahat edir. Bizim bir ay vaxtımız var ki, verilmiş qərarı ləğv etdirək" — Zabelin bildirib.
"Mən deputatlara minnətdarlığımı bildirirəm ki, onlar obyektiv olaraq məsələyə münasibətini bildirdilər. Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu bu məsələ ilə bağlı qəti mövqeyini bildirməlidir" — deputat əlavə edib.