Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Oqtay Əsədov: "Hər şey Dövlət Dumasının cavabından asılıdır"

© Sputnik / Murad OrujovMilli Məclisin sədri Oqtay Əsədov, arxiv şəkli
Milli Məclisin sədri Oqtay Əsədov, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Spiker: "Dumaya məktub ünvanlayırıq. Cavablarından asılı olaraq növbəti addımları atacağıq".

BAKI, 16 may — Sputnik. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvindən danışıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Oqtay Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında Rusiya Dövlət Dumasının sədri və Federasiya Şurasının sədri ilə bu məsələni müzakirə edəcəyini deyib.

"Artıq məktublar hazırlamışıq və bizim Rusiya ilə işçi qrupunun adından bu ölkənin müvafiq orqanlarına, o cümlədən Dumaya məktub ünvanlayırıq. Cavablarından asılı olaraq növbəti addımları atacağıq" — deyə parlamentin spikeri bildirib.

Xəbər lenti
0