BAKI, 16 may — Sputnik. Rusiya və Çin Şimali Koreyaya təzyiq göstərməli, Pxenyana qarşı sanksiya tətbiq etməlidir. Sputnik xəbər verir ki, bunu Ağ Evin sözçüsü Şon Spayser deyib.
"Amerika olaraq Rusiya və Çini Koreya yarımadasında vəziyyətin nizamlanması və sabitliyə nail olmaq üçün əllərindən gələni etməyə çağırırıq. Şübhə yoxdur ki, Şimali Koreyanın davranışları tək ABŞ və onun tərəfdaşları deyil, həm də Çin və Rusiya üçün təhlükədir" — Spayser bildirib.