BAKI, 15 may — Sputnik. "Hazırda Rusiya vətəndaşlarının illik gəlirləri əvvəlki dövrlə müqayisədə nisbətən artıb". Sputnik Türkiyə-nin xəbərinə görə, bunu Rusiya prezidenti Vladimir Putin Çinin paytaxtı Pekində keçirilən qlobal sammitdə, çexiyalı həmkarı Miloş Zemanla görüşdən sonra jurnalistlərə deyib.
Putin, gəlir artımının pilləli olduğunu söyləyib. "Çexiyaya gedən rus turistlərin sayı da çoxalıb. Biz buna sevinirik. Xalqımızın rifah səviyyəsi yüksəlir və bu, göz qabağındadır" — o deyib.