QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Qarabağa dair yeni atəşkəs müqaviləsinə ehtiyac var"

© twitter.comATƏT
ATƏT - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili: "Azərbaycanla Ermənistan arasında yeni atəşkəs müqaviləsinə ehtiyac var"

BAKI, 13 may — Sputnik. 1994-cü ilin 12 mayında imzalanan “Bişkek protokolu” ilə bağlı müxtəlif fikirlər mövcuddur. Müqavilənin bağlanmasından 23 il keçsə də, hələ də qüvvəsini itirmədiyini düşünənlər az deyil.

Bəs “Bişkek protokolu”nu Azərbaycanla Ermənistan arasında atəşkəsi dəstəkləyən hüquqi sənəd hesab etmək olarmı? Yoxsa bu sənəd  tarixin arxivinə qovuşub?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Modern.az-a açıqlamasında bildirib ki, “Bişkek protokolu”na istinad etmək düzgün deyil. O, sənədin qüvvədən düşdüyünü vurğulayıb: 

© Sputnik / Murad OrujovZahid Oruc milli vəkil
Zahid Oruc milli vəkil - Sputnik Azərbaycan
Zahid Oruc milli vəkil

“Atəşkəsə tarixən çoxlu qiymətlər verilib. Lakin həmin dövrə qayıtsaq, onu deyə bilərik ki, Azərbaycan atəşkəs sazişi ilə ölkə içərisində separatçı qüvvələrin qarşısını aldı, hərbi çaxnaşmaları müəyyən qədər tənzimlədi və səngərdə vahidliyi təmin etdi. Düşmənə qarşı millətin gücünün səfərbər edilməsinə nail oldu. Xəzər dənizi ətrafında gedən çarpışmanın, yəni neft uğrunda müharibənin  Qarabağla çulğalaşaraq əleyhimizə çevrilməsinin qarşısını aldı. Bu müqavilə bizə yalnız neft resursu kimi baxan dövlətlərin bir qədər əlini kəsdi, onları neytrallaşdırdı. Nəhayət, özümüzə gələrək toparlanmaq, ordu qurmaq və  maliyyə imkanlarımızı artırmaq mümkün oldu.

Lakin atəşkəs müqaviləsindən sonra  ermənilərin əsas niyyəti  həmin şərtləri  danışıqlara keçirmək və İkinci Dünya müharibəsində olduğu kimi kapitulyasiya aktı ilə savaşı yekunlaşdırmaq idi.

Təbii ki, bunlar reallaşmadı. Əslində Vladimir Kazimirovun (ATƏT-in Minsk Qrupunun Rusiyadan olan keçmiş həmsədri) öz adı ilə yaratdığı informasiya resurslarına baş vursaq fərqli məqamları görərik. Bişkekdə imzalanan sənəddə erməni icması nümayəndələrinin, Azərbaycan təmsilçilərinin imzasının getməsi, sonradan ATƏT-in də məsələyə qoşulması ilə düşünülürdü ki, Azərbaycan tərəfi ağır şəraitdə torpaqların itirilməsi ilə barışacaq. Bu, olmadı. Ümumiyyətlə, düşünürəm ki, “Bişkek protokolu” artıq qüvvədən düşüb”. 

ATƏT-in cəbhə xəttində monitorinqi - Sputnik Azərbaycan
"Atəşkəs"in 23-cü ildönümü tamam olur

Deputat ötən ilin aprel döyüşlərindən sonra  yeni atəşkəs müqaviləsinə ehtiyac olduğunu qeyd edib: “Ötən il yeni situasiya yarandı. Moskvada Ermənistanın baş qərargah rəisi Yuri Xaçaturov ilə Azərbaycan Silahlı Qüvvələri baş qərargahının rəisi Nəcməddin Sadıkov arasında hansısa sənədin imzalanması rəsmi sənədlərlə təsdiq olunmadı. Yalnız bu məsələlər ətrafında anlaşmanın olduğu vurğulandı.

Bir çoxları düşünür ki, həmin danışıqlar Azərbaycanın həm diplomatik-siyasi, həm də hüquqi imkanlarını gücləndirdi. Bu doğrudan da belə idi.

Amma mən hesab edirəm ki, faktiki olaraq atəşkəs müqaviləsi mövcud deyil. Biz hələ də “Bişkek  protokolu”na istinad edirik. 

Азербайджанский город Ханкенди, находящийся под оккупацией Армении - Sputnik Azərbaycan
QARABAĞ
Erməni tərəfi atəşkəs rejimini pozmaqda davam edir

Doğrudur, hələ yeni sənəd yoxdur. Amma hərbi qüvvələr və dörd günlük müharibə yeni vəziyyət yaratdı. Atəşkəslə bağlı aprelin 5-də danışıqlar aparılsa da, ortada rəsmi sənədin olduğunu deyə bilmərik.

Yekun olaraq, 1994-cü ilin mayın 12-sində imzalanan sənəd əvvəlki dönəmlərdə bizim mənafelərimizə xidmət etsə də, fikrimcə, dörd günlük müharibədən sonra yeni  atəşkəs müqaviləsinə ehtiyac var”.

Xəbər lenti
0