Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Prezidentdən KİV-ə və internetə nəzarətlə bağlı fərman

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidПланшет , фото из архива
Планшет , фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sənəddə internet istifadəçilərinin anonimliyinin, məsuliyyətsizliyinin və cəzasız qalmalarının qarşısını alacaq tədbirlər görüləcəyi göstərilib

BAKI, 11 may — Sputnik. Rusiya prezidenti Vladimir Putin "2017-2030-cu illərdə Rusiya Federasiyasında informasiya cəmiyyətinin inkişaf strategiyası haqqında" fərman imzalayıb.

Sputnik Azərbaycan kremlin.ru-ya istinadla xəbər verir ki, fərmanın imzalanmasında məqsəd Rusiyada bilikli cəmiyyətin formalaşdırılmasını təmin etməkdir. Strategiya və onun reallaşdırılması planının yerinə yetirilməsinə bütün dövlət orqanları məsuldur.

Sənəddə internetdə anonimliyə qarşı və KİV-ə oxşar servislərin nizamlanması nəzərdə tutulur. 

İlham Əliyev Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib - Sputnik Azərbaycan
Prezident Heydər Əliyevin məzarını ziyarət edib

Hökumət altı ay ərzində ənənəvi KİV-lərə dəstək və onlara oxşar servislərin nizamlanması ilə məşğul olacaq. Burada söhbət xəbər aqreqatorlarından, sosial şəbəkələrdən, internet televiziyadan, messencerlərdən, eləcə də "internet şəbəkəsində saytlar"dan gedir.

Bundan əlavə, sənəddə internet istifadəçilərinin anonimliyinin, məsuliyyətsizliyinin və cəzasız qalmalarının qarşısını alacaq tədbirlər görüləcəyi göstərilib.

Fərmanda həmçinin qeyd edilib ki, 2017-ci il oktyabrın 1-dək səlahiyyətli şəxslər dövlət orqanlarına Rusiya şifrələmə vasitələrinə keçidə imkan verəcək tədbirlər işləyib hazırlamalı, eləcə də Rusiya infrastrukturunun kiberhücumlardan müdafiə sistemini yaratmalıdırlar.

Qeyd edək ki, Rusiyanın əvvəlki İnformasiya cəmiyyətinin inkişaf Strategiyası 2008-2015-ci illəri əhatə edirdi.

Xəbər lenti
0