QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Müdafiə Nazirliyi: Biz cavab atəşi açmışıq

© Sputnik / StringerMüdafiə Nazirliyi
Müdafiə Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Müdafiə Nazirliyi: "Şant" televiziyasına məxsus olduğu iddia edilən nəqliyyat vasitəsindən mövqelərimiz istiqamətində açılan atəşə cavab vermişik

BAKI, 11 may — Sputnik. Ermənistanın "news.am" saytının yaydığı iddiaya görə, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın "Şant" telekanalının çəkiliş qrupunu atəşə tutub, nəticədə operator yaralanıb. Sputnik Azərbaycan xəbər verir ki, teleşirkət insidentin mayın 10-u saat 18:00 radələrində, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verdiyini açıqlayıb: "Atəş nəticəsində telekanalın "Mövqelərdə" verlişinin operatoru David Atoyan xəsarət alıb".

Cəbhə bölgəsi - Sputnik Azərbaycan
QARABAĞ
Düşmən cəbhənin müxtəlif istiqamətlərində gərginlik yaradıb

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyinin (MN) mətbuat xidməti Sputnik Azərbaycan-ın sorğusuna cavab verib. MN-dən bildiriblər ki, Silahlı Qüvvələrimiz düşmənin yalnız hərbi güc, vasitə və digər hərbi təyinatlı obyektlərinə qarşı cavab tədbirləri görür.

MN-in Ermənistan kütləvi informasiya vasitələrində, cəbhə xəttində Ermənistanın "Şant" televiziya şirkətinin operatorunun bölmələrimiz tərəfindən açılan atəş nəticəsində yaralanması barədə sorğuya cavabında deyilir: "Ermənistan hərbi texnikasının kamuflyaj rənginə uyğun maskalanmış, üzərində media və ya hər hansı mülki təşkilata aid heç bir fərqləndirici nişanı olmayan, "Şant" televiziyasına məxsus olduğu iddia edilən nəqliyyat vasitəsindən mövqelərimiz istiqamətində açılan atəşə qarşı bölmələrimiz tərəfindən müvafiq cavab tədbirləri görülüb".

Xəbər lenti
0