BAKI, 10 may — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşəcək. Sputnik Azərbaycan CNN-ə istinadən xəbər verir ki, məlumatı Ağ Evin mətbuat xidməti yayıb.
Görüşün mətbuata qapalı olacağı və Ağ Evin Oval kabinetində keçiriləcəyi bildirilib. Xatırladaq ki, ötən ay Rusiya prezidenti Vladimir Putin Kremldə ABŞ dövlət katibi Reks Tillersonu qəbul edib.