Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Prezident qüvvələri birləşdirməyə çağırdı

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidПрезидент РФ В.Путин и премьер-министр РФ Д.Медведев на военном параде в честь 72-й годовщины Победы в ВОВ
Президент РФ В.Путин и премьер-министр РФ Д.Медведев на военном параде в честь 72-й годовщины Победы в ВОВ - Sputnik Azərbaycan
Abunə olmaq
Moskvada hərbi parad keçirilib

BAKI, 9 may — Sputnik. Moskvadakı Qızıl Meydanda 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 72-ci ildönümü münasibətilə hərbi parad keçirilib. Rusiyanın müdafiə naziri Sergey Şoyqunun qəbul etdiyi hərbi paradda 10 mindən çox insan iştirak edib, 114 hərbi texnika, o cümlədən “T-34-85”, “Armata”, “T-72B3” tankları, “Tiqr-M”, “Tayfun-K” və “Tayfun-M” zirehli avtomobilləri, “Buk-M2” və “Top-M2Y” raket kompleksləri və s. nümayiş etdirilib.

Rusiya Prezidenti Vladimir Putin paradda çıxış edərək bildirib ki, Qələbə milyonlarla insanın canı bahasına əldə edilib. Bu dəhşətli faciənin qarşısını aparıcı dövlətlərin irqi üstünlük kimi cinayətkar ideologiyası, birlik nümayiş etdirə bilməməsi üzündən almaq mümkün olmadı. Böyük Qələbə müxtəlif millətlərin və peşə sahiblərinin, marşalların və əsgərlərin sayəsində qazanıldı. V.Putin vurğulayıb ki, müasir dövrdə terrorizm, ekstremizm və neonasizm ilə səmərəli mübarizə aparmaq üçün qüvvələri birləşdirmək lazımdır və Rusiya bu sahədə əməkdaşlığa həmişə hazırdır.

Qeyd edək ki, bu il yağmurlu hava şəraiti səbəbindən hərbi paradda aviasiya texnikası iştirak etməyib.

Xəbər lenti
0