BAKI, 4 may — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, dünən Rusiyada görüşdüyü Kreml rəhbəri Vladimir Putinlə aralarında keçən maraqlı söhbətə toxunub. Sputnik Azərbaycan bu haqda "Timeturk"-ə istinadən xəbər verir.
Ərdoğan, Suriyadakı rus əsgərlərinin Afrin qəsəbəsində YPG-li silahlılarla çəkdirdiyi şəkillər haqda Putinə narahatlığını çatdırdığını deyib. "Mən, dostum Putinə bu haqda narahatlığımızı çatdırdım. O da məsələni araşdıracaqlarına söz verdi" — Ərdoğan bildirib.