BAKI, 3 may — Sputnik. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hərbi-texniki əməkdaşlıq müqaviləsinə əsasən ölkəmizə gətirilən müxtəlif təyinatlı müasir hərbi texnika Silahlı Qüvvələrimizin bölmələrinin silahlanmasına daxil edilib.
Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir.
Silah və hərbi texnikanın yoxlanılması məqsədilə keçirilən atışlar uğurla başa çatıb.