Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, bu görüş Rusiyanın təkbaşına vasitəçilik missiyasının gücləndiyini göstərir: “Üzə çıxdı ki, Rusiya konkret müzakirələrin tərəfdarıdır. Diqqət çəkən məqamlardan biri də həmsədrlərin görüşə sonda qatılmasıdır. Görünür tərəflər razılaşıblar ki, Kaspşikin missiyası genişləndirilsin”.
“Artıq Ermənistan dəqiq yol xəritəsi qoyur ki, qoşunlarını işğal olunmuş ərazilərdən hansı qrafik üzrə çıxardacaq. Əslində bu Ermənistanın özü üçün yaratdığı bir tələdir. Ümumi götürdükdə Moskva görüşü danışıqların virtual mərhələdən real praktiki mərhələyə keçirilməsi istiqamətində çox ciddi addımdır. Yəqin ki, yaxın vaxtlarda Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili üçün təşəbbüs irəli sürəcək” – deyə o bildirib.