Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Müxalifət Rusiyanın təklifinə razılıq verdi

© AP Photo / Sergei GritsSuriya müxalifətçi
Suriya müxalifətçi - Sputnik Azərbaycan
Abunə olmaq
Suriya müxalifəti: "Böyük ehtimalla Astanadakı danışıqlarda iştirak edəcəyik"

BAKI, 1 may — Sputnik. "Suriya müxalifəti böyük ehtimalla Astanada keçiriləcək danışıqlara qatılacaq". Bu barədə Sputnik-ə adının açıqlanmasını istəməyən bir müxalifət təmsilçisi açıqlama verib.

"Qazaxıstanda keçiriləcək danışıqlara dəvət almışıq. Böyük ehtimalla orada iştirak edəcəyik. Çünki dəvət alan qruplaşmalardan heç kim buna etiraz etməyib" — mənbə bildirib.

Onun sözlərinə görə, müxaliflər Rusiyanın təklifinə müsbət yanaşırlar: "Ona görə müsbət yanaşırıq ki, bu danışıqlar nəticəsində ölkədəki vəziyyət müsbətə doğru dəyişə bilər".

Xatırladaq ki, Astana danışıqlarının növbəti raundunun 3-4 may tarixlərində keçirilməsi planlaşdırılır.

Xəbər lenti
0