BAKI, 28 aprel — Sputnik. Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri — Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş başlayıb. Sputnik Azərbaycan Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi saytına istinadla xəbər verir ki, görüş Rusiya XİN-in iqamətgahında keçirilir.
Üç ölkənin xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edirlər. Görüş bağlı qapılar arxasında, jurnalistlərin iştirakı olmadan keçirilir. Müəyyən mərhələdə danışıqlara ATƏT-in Minsk qrupu həmsədrlərinin və ATƏT sədrinin fəaliyyətdə olan şəxsi nümayəndəsi Anjey Kaspşikin də qatılması planlaşdırılır.