BAKI, 27 aprel — Sputnik. Qara dənizdə Rusiyaya məxsus hərbi gəmi, canlı heyvan daşıyan yük gəmisi ilə toqquşub. Sputnik xəbər verir ki, hadisə Qara dənizin Türkiyə sahilindən 18 mil aralıda baş verib.
Qəzadan dərhal sonra Rusiya hökuməti bölgəyə təyyarə və xilasetmə qrupları göndərib. Gəminin göyərtəsində olan 78 nəfər xilas edilib. Qəzanın baş verməsinə səbəb kimi, qatı duman və sis göstərilib.