BAKI, 25 aprel — Sputnik. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan ordusunun hərbçisi məhv edilib.
Sputnik Ermənistan-ın verdiyi məlumata görə, hadisə bu gün baş verib.
İşğal edilmiş Dağlıq Qarabağda 1998-ci il təvəllüdlü əsgər Karen Armenoviç Avetisyan naməlum şəraitdə aldığı ağır xəsarətdən ölüb.
Hazırda hadisənin səbəbləri və təfərrüatları müəyyənləşdirilir.
Ötən gün saat 17.50 radələrində atəşkəs rejimini pozan 1997-ci il təvəllüdlü Harek Arutunyan Azərbaycan Ordusunun cavab atəşi ilə məhv edilmişdi.