BAKI, 25 aprel — Sputnik. Rusiya baş nazirinin müavini Dmitri Roqozin Tatarıstana işçi səfər edib. Səfər zamanı xüsusi kimya və sursat sənayesinin möhkəmləndirilməsinə başlanması barədə qərar qəbul edilib.
Sputnik Azərbaycan-nın məlumatına görə, Roqozin bu barədə özünün facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, yeni nəsil strateji bombardmançıların — Tu-160 "Belıy lebed"lərin ("Ağ qu quşu") kütləvi istehsalına hazırlaşırlar.
Bu bombardmançı ötən əsrin 70-80-ci illərində "Tupolev" konstruktor bürosunda hazırlanıb. O, hərbi aviasiyanın tarixində ən sürətli, güclü bombardmançıdır. Pilotlar arasında "Ağ qu quşu" adını alıb. Bu strateji bombardmançı-raketdaşıyanların istehsalı müxtəlif səbəblərdən heç vaxt kütləvi xarakter daşımayıb.
Roqozin öz facebook səhifəsində şəkillər paylaşaraq yazıb: "S.P.Qorbunov adına Kazan aviasiya zavodunda rekord həddə qısa müddətə titan elektron-şüa qaynağı bərpa edilib. Yeni nəsil "Belıy lebed"lərin istehsalına hazırlıq gedir".