BAKI, 24 aprel — Sputnik. Dağıstanın Sumadin rayonunda kompüter otağına qumbara partlayıb. Sputnik Azərbaycan-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 8-ci sinif şagirdi həlak olub, daha 10 nəfər isə xəsarət alıb.
Yaralananlardan 3 nəfəri ağır vəziyyətdə reanimasiyadadırlar. Məktəbin direktoru Şamil Abakarovun bildirdiyinə görə, 8-ci sinif şagirdlərindən biri məktəbə qumbara gətirib. Qumbara isə kompüter otağında ehtiyatsız davranış nəticəsində partlayıb. Kompüter otağında qumbara ilə ehtiyatsız davranmış şagird hazırda polis məntəqəsindədir.