BAKI, 24 aprel — Sputnik. Rusiya ən böyük hərbi xərcləri olan ölkələr içərisində üçüncüdür.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) illik hesabatında bildirilir.
"Rusiya öz xərclərini 5,9% — 69,2 milyard dollara qədər artıraraq ən yüksək hərbi xərcləri olan ölkələrin siyahısında 3-cü yerdə qərarlaşıb" — məlumatda bildirilir.
Rusiya hərbi xərclərə görə, ABŞ və Çindən sonra üçüncü yeri tutur. O, ötən il hərbi xərclərini adı çəkilən iki ölkəyə nisbətdə xeyli artırsa da, bu sahədə onlardan çox geri qalır.
2016-cı ildə Çinin hərbi xərcləri 5,4% artaraq 215 mlrd. dollara çatıb. Siyahıya liderlik edən ABŞ isə hərbi xərclərini 1,7% artıraraq 611 mlrd.dollara çatdırıb.
Ümumilikdə, 2016-cı ildə dünyada hərbiyə xərclənən vəsaitlərin məbləği 1 686 mlrd. dollar olub ki, bu da dünya üzrə ÜDM-in 2,2%-i deməkdir.
2016-cı ildə Rusiya hərbi büdcəsinin 55%-i silahların maliyyələşdirilməsi üzrə dövlət proqramına sərf edilib.
SIPRI-nin hesabatına görə, Rusiyanın müdafiə xərclərini artırılmasına səbəb 2016-cı ildə neft istehsal edən ölkələrin neftin qiymətlərinin kəskin aşağı düşməsi nəticəsində itkilərə məruz qalmasıdır.
Qərbi Avro ölkələrində müdafiəyə ayrılan xərclər artıq ikinci ildir ki, sabit şəkildə artır. Ötən il də bu ölkələrin hərbi xərcləri əvvəlki il olduğu qədər – 2,6% artıb. Bu yarışın lideri hərbi xərclərini 11% artıran İtaliyadır. Eyni tendensiya Mərkəzi Avropa ölkələrində də dəyişməz qalıb. Ötən il bu ölkələr hərbi xərclərini 2,4% artırıblar.
Fevral ayında RF müdafiə nazirinin müavini Yuri Borisov bildirmişdi ki, 2017-ci ildə ölkə silah və hərbi texnikanın alınmasına 1,4 trln. rubl vəsait sərf ediləcək.
"Ölkənin maliyyə-iqtisadi vəziyyətini nəzərə alaraq, müdafiə sifarişləri ilə bağlı tapşırıqların yerinə yetirilməsi məqsədilə silahların, hərbi və xüsusi texnikanın alınmasına 1,4 trln. rubl xərclənməsi planlaşdırılıb" – deyə Borisov "Rossiyskaya qazeta"-ya bildirib.
Rusiyanın Müdafiə Nazirliyi may ayında Hərbi-Sənaye Komissiyasının kollegiyasına 2018-2015-ci illər Dövlət Silah Proqramı layihəsini göndərəcək. Proqram iyulun 1-dən 2017-ci ilin sonuna qədər formalaşdırılacaq. Bunu RF baş nazirinin müavini Dmitri Roqozin bildirib. "2018-ci ilin 1 yanvarından etibarən bu proqramın həyata keçirilməsinə başlanacaq" – deyə Roqozin bildirib.
Borisov fevral ayında bəyan etmişdi ki, yeni dövlət proqramının əsas prioritetlərindən biri 2020-ci ildə RF Silahlı Qüvvələrinin müasir silah və texnikadan ibarət avadanlıqlarını 70%-ə qədər yeniləmək, nüvə qabiliyyətini və hava-kosmik müdafiəni inkişaf etdirməkdir.
"Priorotetlər arasında rabitə sisteminin, kəşfiyyat və idarəetmənin, radioelektron mübarizənin, pilotsuz uçan aparat komplekslərinin, robotlaşdırılmış zərbə komplekslərinin, müasir nəqliyyat aviasiyasının inkişafı da var. Onlar arasında ən vacib məsələlər yüksək dəqiqliyə malik silahların modernləşdirilməsi, onlara qarşı mübarizə aparmaq qabiliyyəti olan silahların yaradılması, həmçinin hərbi qulluqçuların individual müdafiəsinin möhkəmləndirilməsidir" – deyə Rusiya müdafiə nazirinin müavini bildirib.