BAKI, 21 aprel — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərinin tarixi açıqlanıb.
Sputnik Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Dmitri Peskov Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın mayın 3-də Soçidə görüşəcəklərini bildirib.
Peskov iki liderin görüşdə xüsusilə Suriyadakı vəziyyəti müzakirə edəcəklərini söyləyib.
Qeyd edək ki, Soçidə keçiriləcək görüş Ərdoğan və Putinin il ərzindəki ikinci görüşü olacaq. Onlar sonuncu dəfə martın 10-da Rusiyanın paytaxtı Moskvada görüşmüşdülər.