BAKI, 20 aprel — Sputnik. Rusiya prezidenti Vladimir Putin Kremldə jurnalistlərin suallarını cavablandırıb. 2018-ci ilin mart ayında keçiriləcək prezident seçkisindən danışan Putin, Rusiyanın yeni rəhbərini demokratik yolla xalqın təyin edəcəyini söyləyib.
Jurnalistin "sizdən sonra Kremlə kim gələcək?" sualına Putinin cavabı belə olub: "Bunu Rusiya xalqı özü seçəcək. Demokratik hüquqlarından istifadə edərək, yeni rəhbərlərini təyin edəcəklər".
Qeyd edək ki, prezident özünün yenidən namizəd olub-olmayacağı barədə heç nə deməyib.