Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Fransadan qəribə Krım açıqlaması

© Sputnik / Irina Kalashnikova / Mediabanka keçidПредвыборное выступление Франсуа Фийона в Париже
Предвыборное выступление Франсуа Фийона в Париже - Sputnik Azərbaycan
Abunə olmaq
Fransua Fiyon: "Xalqların öz müqəddəratını təyin etmək hüququna hörmətlə yanaşmaq lazımdır"

BAKI, 20 aprel — Sputnik. Fransadakı prezident seçkilərində sağ mərkəzçilərin namizədi olan Fransua Fiyon Rusiya və Krım barədə vacib açıqlamalar verib. Fransalı siyasətçi Krım yarımadasının tarixi rus torpağı olduğunu söyləyib:

"Tarixi oxuyanlar yaxşı bilir ki, Krım ərazisi Rusiyaya aiddir və Rusiya yarımadanı heç vaxt geri qaytarmayacaq".

"Le Figaro" qəzetinə danışan Fiyon "Rusiya Krımı Ukraynaya geri verməlidir demək faydasızdır, bu, heç vaxt reallaşmayacaq" deyib.

"Xalqların öz müqəddəratını təyin etmək hüququna hörmətlə yanaşmaq lazımdır. Üstəlik heç kim Krımın tarixi, mədəni və linqvistik mənada Rusiyaya aid olmadığını iddia edə bilməz. Bu məsələ, BMT çərçivəsində keçiriləcək beynəlxalq konfrans ilə həll edilə bilər" — o vurğulayıb.

Xəbər lenti
0