BAKI, 18 apr — Sputnik. Rusiya prezidenti Vladimir Putin referendumun nəticələri ilə bağlı Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı təbrik edib.
Bu barədə Sputnik Türkiyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova istinadən məlumat verib.
Peskovun sözlərinə görə, Putin və Ərdoğan arasındakı telefon söhbətində Suriya böhranı və iki ölkə arasındakı əlaqələr də müzakirə edilib.