BAKI, 17 apr – Sputnik. “Türk xalqının seçiminə hörmətlə yanaşmaq lazımdır”. Sputnik Türkiyə xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Dünən keçirilən referendum Türkiyənin suveren hüququdur. Hesab edirik ki, türk xalqının seçiminə hörmətlə yanaşmaq lazımdır” – Peskov bildirib.
Qeyd edək ki, dünən keçirilən referendum nəticələri ilə bağlı Rusiya prezidenti Vladimir Putin hələ ki, Ərdoğanı təbrik etməyib.