BAKI, 17 apr — Sputnik. Moskva ətrafında Sankt-Peterburq metrosunda törədilmiş terror aktının təşkilatıçılarından biri saxlanılıb. Bu barədə Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən məlumat verir.
Saxlanılan şəxs 26 yaşlı Orta Asiya əsilli Abror Əzimovdur. Aprelin 3-də Peterburq metrosunda baş verən terror aktının təşkilatçısı Odinsovo rayonunun ərazisində saxlanılaraq Rusiya İstintaq Komitəsinə gətirilib.
Abror Əzimovun üzərində aşkar edilən tapança və mobil telefon müsadirə edilib. Əzimov saxlanılmasının səbəbini bildiyini qeyd edib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə əlaqələr mərkəzinin məlumatına görə, Əzimov terrorçu-kamikadze Akbarjon Cəlilovu şəxsən hazırlayıb.
Aprelin 3-də Peterburq metrosunda baş verən terror aktında terrorçu da daxil olmaqla 15 nəfər həlak olub, onlarla sərnişin yaralanıb.