QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Şəmxani: "İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

© AFP 2024 / ATTA KENAREВид на телебашню Бордже Милад в Тегеране, Иран
Вид на телебашню Бордже Милад в Тегеране, Иран - Sputnik Azərbaycan
Abunə olmaq
Zakir Həsənov İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

BAKI, 16 apr — Sputnik. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə görüşüb.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər terrorizm və güc tətbiqinin bölgə, ümumiyyətlə, bütün dünya üçün böyük təhlükə yaratdığını bildirərək bu çağırışlara qarşı mübarizədə iki ölkənin səylərinin daha da artırılmasının vacibliyini vurğulayıblar.

Ə.Şəmxani ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və sərhədlərin güc yolu ilə dəyişdirilməsinin əleyhinə olduğunu, eləcə də regiondakı problemlərin danışıqlar vasitəsilə həll edilərək sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olmasının tərəfdarı olduğunu xüsusi qeyd edib.

Xəbər lenti
0