BAKI, 13 apr — Sputnik. Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub. Sputnik Azərbaycan-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin məlumatında bildirilir.
Məlumatda bildirilir ki, prezidentlər telefon danışığı zamanı Suriyadakı vəziyyəti müzakirə ediblər.
“Suriyadakı vəziyyətin inkişafı müzakirə edilib. Tərəflər atəşkəs rejiminin möhkəmləndirilməsi məqsədi ilə birgə işi, habelə, Astana və Cenevrə formatlarında keçirilən Suriyaya dair danışıqlar prosesinə dəstəyi davam etdirmək niyyətində olduqlarını bildiriblər” — məlumatda bildirilir.
Putin və Ərdoğan Suriyanın Xan Şeyxun şəhərində aprelin 4-də kimyəvi silahdan istifadə ilə bağlı insidentin tezliklə beynəlxalq səviyyədə obyektiv və hərtərəfli araşdırılmasının vacibliyini qeyd ediblər.