Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putindən qonşu ölkələrə "rəngli inqilab" xəbərdarlığı

© Sputnik / Aleksey Nikolsky / Mediabanka keçidПрезидент РФ Владимир Путин проводит совещание с постоянными членами Совета безопасности РФ
Президент РФ Владимир Путин проводит совещание с постоянными членами Совета безопасности РФ - Sputnik Azərbaycan
Abunə olmaq
Fevral ayında Rusiyanın müdafiə naziri Sergey Şoyqu “rəngli inqilablar”ın coğrafiyasının genişlənmə ehtimalının olduğunu bəyan etmişdi

BAKI, 12 apr — Sputnik. Rusiya ölkə daxilinə “rəngli inqilablar”ı buraxmadığı kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkələrdə də bunun baş verməsinə imkan verməyəcək.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "MİR" teleradio şirkətinə müsahibəsində deyib. 

“Biz dünyanın müxtəlif regionlarında həyata keçirilən və həmin regionlara ciddi qeyri-sabitlik gətirən müxtəlif nəzəriyyələri bilirik. Əlbəttə, biz bunun baş verməsinə imkan verə bilmərik. Rusiya bununla bağlı əlindən gələn hər şeyi edəcək və KTMT-dəki tərəfdaşlarımıza da bu baxımdan dəstək verməyə çalışacağıq” – deyə Putin bildirib. 

Fevral ayında Rusiyanın müdafiə naziri Sergey Şoyqu “rəngli inqilablar”ın coğrafiyasının genişlənmə ehtimalının olduğunu bəyan etmişdi. 

Onun fikrincə, bu cür hadisələrin qarşısını almaq üçün qüvvələri birləşdirmək lazım gəlir. 

Son illərdə bir sıra ölkələrdə “rəngli inqilablar” adı ilə dövlət çevrilişləri baş verib. Bunlardan Gürcüstandakı “qızılgül”, Qırğızıstandakı “zanbaq”, Ukraynadakı “narıncı”, Tunisdəki “yasəmən” və Misirdəki “nilufər” inqilablarını qeyd edə bilərik. 

Məlum olduğu kimi, bu inqilablar dinc mitinqlərlə başlayır, sonra hökumətlə sərt toqquşmalara çevrilir və nəticədə rejimlər çökür. 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hazırda 6 ölkə daxildir: Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan. 

Xəbər lenti
0