BAKI, 12 apr – Sputnik. “Donald Trampın hakimiyyəti dövründə ABŞ-la aramızdakı etimad səviyyəsi, gözlənilənin əksinə, daha da pisləşdi. Halbuki, əlaqələrin yaxşılaşacağı gözlənilirdi”.
Sputnik xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin ölkənin “Mir” telekanalına açıqlamasında deyib.
“Münasibətlərimiz həm siyasi, həm də hərbi səviyyədə ürəkaçan deyil” – Putin bildirib.