Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

FTX direktorundan terror xəbərdarlığı

© Photo : İnformasiya Mərkəzi NACRusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov - Sputnik Azərbaycan
Abunə olmaq
FTX rəhbəri: "İŞİD Rusiya və digər regionlarda terror hücumuna hazırlaşır"

BAKI, 11 apr — Sputnik. "İŞİD-in Rusiya Federasiyası ərazisində terror aktları törətməyə hazırlaşdığı barədə operativ informasiyalar əldə etmişik".

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov bəyan edib.

"Hazırda böyük həcmdə operativ informasiyalar gəlir ki, Yaxın Şərqdə fəaliyyət göstərən İŞİD terror qruplaşmasının başçıları dünyanın müxtəlif regionlarında, eləcə də Rusiya Federasiyası ərazisində terror aktları hazırlayırlar" — deyə Bortnikov bildirib.

FTX rəhbəri qeyd edib ki, son vaxtlar İŞİD Rusiya, Böyük Britaniya, İsveç və Misirdə rezonans doğuran aktlara imza atıb.  

Bortnikov terrorçuların ölkə ərazisinə girişinin qarşısını almaq üçün sərhəd nəzarəti üzrə əlavə tədbirlər görməyin lazım gəldiyini vurğulayıb.

Sankt-Peterburq metrosundakı terror hücumu barədə danışan FTX direktoru qeyd edib ki, hazırda terror qruplaşmalarının qanadlarının 8 üzvündən 6-sı Sankt-Peterburqda, 2-si Moskvada saxlanılıb.

Xəbər lenti
0