BAKI, 8 apr — Sputnik. ABŞ-ın Suriyanın Şayrat aviabazasını bombalamasının ardınca, bu dəfə Rusiya təyyarələri İdlib şəhərinin Hayiş bölgəsinə zərbələr endirib. Sputnik Azərbaycan Türkiyənin "Milliyet" qəzetinə istinadla xəbər verir ki, dünən günorta saatlarında reallaşan hücumda 8 mülki vətəndaş həlak olub, onlarla insan xəsarət alıb.
Hadisə yerində qadağan edilmiş raket qurğularının olduğu bildirilir. Həmin bölgəyə Hamadan gələn qaçqınlar da yerləşdirilib.