BAKI, 7 apr — Sputnik. ABŞ-ın Suriya ordusuna aid "Şayrat" hərbi aviabazasını vurmasından sonra Rusiya BMT Təhlükəsizlik Şurasını təcili yığıncağa çağırıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kremldən açıqlama verilib.
"Bu, açıq-aşkar suveren bir ölkənin ərazisinə təcavüzdür. Bu hücumla birlikdə beynəlxalq hüquq tapdanıb. Təəssüflə qeyd edirik ki, Amerikanın bu addımı ikitərəfli əlaqələrimizə zərər vuracaq" — Kremldən bildirilib.