Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

SOCAR bu ərazini Rusiyaya qaytarıb

© Photo : APAБерег Каспийского моря, фото из архива
Берег Каспийского моря, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Fərid Cəfərov: "SOCAR Xəzər dənizinin şimal hissəsindəki sahəni Rusiya tərəfinə geri qaytarıb"

BAKI, 6 apr — Sputnik. "SOCAR Xəzər dənizinin şimal hissəsində, Rusiyaya məxsus ərazidə yerləşən, işlədilmək məqsədi ilə götürdüyü sahəni Rusiya tərəfinə geri qaytarıb."

Report-un məlumatına görə, bu barədə "SOCAR Polymer" şirkətinin baş direktoru Fərid Cəfərov Moskvada keçirilən "Rusiya və MDB-nin neft-kimya sənayesi" adlı konfransda bildirib.

O, bu sahənin səmərəli, rentabelli olmadığını və Rusiya tərəfinə qaytarıldığını deyib: "Hələlik analoji birgə layihələrdə iştirak planı yoxdur. Amma indi müxtəlif variantları nəzərdən keçiririk".

Onun sözlərinə görə, Rusiya şirkətləri, o cümlədən "Rosneft" ilə əməkdaşlıq davam edir.

"Bu şirkətlə sıx çalışırıq, müxtəlif regionlarda kommersiya əməliyyatları həyata keçiririk. "Star" Neft Emalı Zavodu layihəsi inşa mərhələsindədir. Zavodun xam neftlə təchizatı ilə bağlı "Rosneft" ilə müqaviləmiz var. Sadəcə, hələlik təchizatın həcmi nizamlanmayıb. "Rosneft" Rusiyanın və regionun ən böyük neft şirkətidir. Buna görə də Türkiyədəki "Star" zavodu üçün onlardan neft alacağıq" — "SOCAR Polymer"in baş direktoru bildirib. 

Xəbər lenti
0