QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan növbəti aprel təxribatına əl atdı

© Sputnik / Ramil IbrahimovTraktorun qırılmış ön şüşəsi
Traktorun qırılmış ön şüşəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Ağdam sakini: "3-4 gündür vəziyyət çox təhlükəlidir. Pambığın səpin vaxtı olduğu halda, tarlaya çıxıb işləyə bilmirik"

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 5 apr — Sputnik. Ermənistan silahlı birləşmələri ötən gün cəbhənin Ağdam istiqamətində yaşayış məntəqələrini atəşə tutub. Təmas xəttinin təqribən 300 metrliyində yerləşən rayonun Orta Qərvənd kəndi də atəşə məruz qalıb.

© Sputnik / Ramil IbrahimovOrta Qərvənd kənd sakini Habil Qədirov
Orta Qərvənd kənd sakini Habil Qədirov - Sputnik Azərbaycan
Orta Qərvənd kənd sakini Habil Qədirov

Atəşkəsin pozulması nəticəsində kənd sakini Habil Qədirova məxsus traktora ziyan dəyib. Onun Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, təxminən saat 07:00 radələrində başlayan atışma 15 dəqiqəyə qədər davam edib.

© Sputnik / Ramil IbrahimovHabil Qədirova məxsus traktor
Habil Qədirova məxsus traktor - Sputnik Azərbaycan
Habil Qədirova məxsus traktor

Traktorun ön şüşəsindəki güllə izini Qədirov səhər saat 9:00-da, sahəyə işləməyə gedərkən görüb: "Traktora minmək istəyəndə gördüm, şüşə qırıqları var yerdə. Güllə texnikanın qabaq şüşəsinə dəyib, onu parçalamışdı".

"Əvvəllər də bir-iki dəfə atıblar traktora. Amma son 3-4 gündür lap təhlükəli olub. Pambığın səpin vaxtıdır, yuxarıda yaxın olan sahələrə çıxıb işləyə bilmirik. Ancaq aşağı, nisbətən uzaq olan yerlərdə işləmək olur" — deyib Habil Qədirov bildirir.

O, əlavə edib ki, 3 gün əvvəl tarlada səpin aparan başqa bir traktor da gülləbarana məruz qalıb. Xoşbəxtlikdən həmin texnikaya ziyan dəyməyib. Kəndin atəşə tutulmasına baxmayaraq, sakinlər arasında xəsarət alan yoxdur.

Xəbər lenti
0