BAKI, 4 apr — Sputnik. Dünən Rusiyanın Sankt-Peterburq şəhərində metrostansiyada baş vermiş terror aktı nəticəsində həlak olanların sayı artıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, ölənlərin sayı 14 nəfərə çatıb.
Rusiyanın səhiyyə naziri Veronika Skvortsovanın verdiyi məlumata görə, hazırda daha 49 nəfər xəstəxanalarda müalicə alır. Bundan əvvəl isə ölənlərin sayının 11, yaralıların sayının 45 nəfər nəfər olduğu bildirilmişdi.
Xatırladaq ki, Sankt-Peterburq metrosunda güclü partlayış baş verib. Partlayışın terror aktı olduğu təsdiq olunub. Hadisə dünən günorta saatlarında, "Sennaya ploşad" və "Texnoloqiçeskiy institut" metrostansiyalarının arasında baş verib.
Onu da qeyd edək ki, hadisə nəticəsində 1 azərbaycanlı ölüb, 1 azərbaycanlı da yaralanıb.