BAKI, 4 apr — Sputnik. Rusiya Statistika İdarəsi (Rosstat) ölkə Prezidenti Vladimir Putinin bugünkü fərmanı ilə ləğv edilərək İqtisadi İnkişaf Nazirliyinin tabeliyinə verilib. Sputnik Azərbaycan-ın məlumatına görə, sənəd rəsmi mətbuatda dərc olunub və imzalandığı gündən qüvvəyə minib.
Fərmanda bildirilir ki, Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinə statistika uçotu sahəsinin normativ-hüquqi və dövlət siyasətinin işlənib hazırlanması funksiyaları ötürülür. Həmçinin, "Rosstat"ın Rusiya Federasiyası hökumətinə tabeliyi ləğv edilib.